İqtisadiyyat

İZİA sədri Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirib

Sharing is caring!


Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya nazirinin müavini Kairat Torebayev və Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla İqtisadiyyat Nazirliyinin tebeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev arasında görüş keçirilib.

İZİA-dan verilən məlumata görə, qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib. 

Görüşdə, həmçinin, Qazaxıstan şirkətlərinin sənaye zonalarına investisiya yatırması, bu zonalarda istehsal olunan məhsulların ixrac imkanları və digər əməkdaşlıq məsələləri müzakirə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir