Şou-Biznes

“Forbes” açıqlayır: Bu reper dünyanın ən zəngin hip-hop sənətçisidir

Sharing is caring!

Qremmi mükafatlı müğənni Beyonsla evli olan məşhur reper Cey-Zi artıq rəsmi olaraq milyarderdir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, səhnə adı Cey-Zi olan amerikalı reper Şon Kori Karter "Forbes" jurnalı tərəfindən dünyanın ən zəngin hip-hop ifaçısı elan edilib.

“Holy Grail”, “Empire State Of Mind”, “Niggas in Paris” kimi bir çox hit mahnılara imza atan reper 2,5 milyard dollarlıq sərvətlə hip-hop dünyasının ən zəngin adıdır.

2019-cu ildə Forbes tərəfindən "milyarder" seçilən Cey-Zi, yeni albom çıxarmasa belə, böyük sərvətə sahibdir. Musiqi karyerasından başqa, reper "Armand de Brignac" adlı spirt şirkətinin sahibidir.

Digər tərəfdən, reper Roc Nation adlı agentliyi sayəsində yeni istedadlar kəşf edir və onları təmsil edir. Musiqiçinin zəngin sənət kolleksiyası da onun sərvətinin artmasında böyük rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir