Şou-Biznes

“Mənim üçün artıq bu məsələlər bitdi” – Cavidan Novruz

Sharing is caring!

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz “Instagram” səhifəsində paylaşım edib. 

Lent.az xəbər verir ki, o paylaşımında yazıb:

"Əlvida, amansız, murdar, fevral! Doğum günüm fevralda idi. Elə doğum günümü də sonuncu dəfə qeyd etdim və bitdi mənim üçün ad günləri qeyd etmǝk".

Cavidan Novruz bir neçə gün əvvəl atasını itirməsindən, ad günündən bəhs edərək, fevral ayının ona acı günlər yaşatdığını vurğulayıb:

"Çünki sən mənim həm doğum günümü əlimdən aldın, zatən atamın da sevmədiyi ay idin. Nə oldusa, hamısını bir ayın içində etdin. İndi mənə bir ayın içində daha sevinc yox, ən böyük kədəri verdin. Bir şeyi həmişə biləcəyəm ki, doğum günümdən 1 həftə sonra atamı itirdiyim gün olacaq. Ona görə də sayəndə doğum günümdən də hər zaman məhrum olacağam. Sevmədiyim aysan təqvimdə".

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz bu il fevralın 20-də 67 yaşında vəfat edib.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir