Şou-Biznes

Şeyma Subaşının hesabı bağlana bilər? – Əylənməyə doymur…

Sharing is caring!

Türkiyə xalqı hüzndə olan bir zamanda sosial şəbəkə fenomeni Şeyma Subaşı əyləndiyi anları göstərməkdən doymaması ona baha-başa gəldi.

Lent.az xəbər verir ki, "Instagram" hesabında tez-tez istirahətdən, açıq-saçıq paylaşımlar etməyə davam edən Şeyma 400 min izləyicisini itirib.

Üstəlik rəqs edərək əyləndiyi görüntüləri paylaşan fenomenin hesabı şikayət olunub.

Hətta sosial şəbəkələrdə Şeyma Subaşının hesabının bağlanması üçün kütləvi paylaşımlar edilir.

Onu da qeyd edək ki, hekayəsinə "Belə bir vaxtda kimisə günahlandırmaqdansa, birləşməliyik. Bir-birimizə yardım etməliyik. Bu hadisə bizə dərs almağımızı öyrətdi. Bizi yaxşılıq qurtaracaq" – kimi sözlər yazan Şeyma Subaşı Mayamidə dincəldiyini də paylaşıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir