Cəmiyyət

Anar Bağırov: “Vəkillər Kolleqiyasının CCBE-yə üzvlüyü ilə bağlı ölkə adına əhəmiyyətli tədbir keçirilir”

Sharing is caring!

“Bu gün Vəkillər Kolleqiyasının CCBE-yə üzvlüyü ilə bağlı həm təşkilat, həm də ölkə adına əhəmiyyətli tədbir keçirilir”.

Oxu.Az xəbər verir ki, Vəkillər Kolloegiyasının idarə Hüyətinin sədri Anar Bağırov çıxış edərək bunun Vəkillər Kollegiyasının işinin daha da təkmilləşdirilməsi üçün böyük imkanlar yaratdığını qedy edib:

“Hesab edirik ki, bu, son 4 ilin ən böyük uğurlarından biridir. Bu uğur ölkəmizin imicinə də müsbət təsir göstərir. İllər ərzində həmin təşkilatla gərginlik yaşanıb və tənqidi fikirlər səsləndirilib. Amma dövlətimizin uğurlu xarici siyasəti nəticəsində bizə qarşı münasibətlər artıq dəyişir, beynəlxalq sahədə aktiv fəaliyyət, bu kimi uğurlar və üzvlüklərlə əsassız fikirlərə qarşı mövqe sərgiləmək və ölkəmizin maraqlarını dəstəkləmək imkanı daha çox yaranmış olur.

Bununla da Avropada təcrübə keçmək imkanlarının mümkünlüyü, eləcə də vəkillərin peşə hazırlığı artırılmaqla, onların fəaliyyətinin Avropa standartlarına uyğun həyata keçiriləcək”.

Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov görülən işlər barədə məlumat verib və CCBE üzvlük barədə daha geniş təqdimatla çıxış edib. 

Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarını, hüquq cəmiyyətlərini və 1 milyondan çox vəkili özündə birləşdirən CCBE təşkilatı Avropada ən böyük və nüfuzlu təşkilatlardan sayılır və Avropa hüquq peşəsinin səsi kimi tanınır.

4 il ərzində davam edən danışıqların, keçirilən iclasların, hazırlanan hesabatların nəticəsi olaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası müstəqil peşə birliyi olaraq rəsmən tanınmış və 13 may 2022-ci il tarixdə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən plenar iclasda təqdimat və çıxışlarımızdan sonra, bütün ölkələrin suallarının cavablandırılmasının nəticəsi etibarilə Vəkillər Kollegiyası böyük səs çoxluğu ilə üzv qəbul olunub”.

Vəkillər Kolleqiyasının Beynəlxalq Şöbəsinin müdiri Ayşə Abdel Qadir CCBE təşkilatına üzv olaraq Azərbaycan vəkillərinin avropalı vəkillər, kollegiyalar, o cümlədən hüquq cəmiyyətləri ilə əməkdaşlıq imkanları genişlənəməsindən danışıb.

A.Abdel Qadir onu da vurğulayıb ki, Azərbaycan beynəlxalq qurum müşahidəçi üzvü kimi qəbul edilib.

Daha sonra iclas gündəliyinə uyğun olaraq fəaliyyətlərində fərqlənmiş, həmçinin yubileylərini qeyd edən bəzi vəkillərin mükafatlandırılması və yeni büroların təsisi məsələlərinə baxılmış, müsbət qərar qəbul olunub.
 
Həmçinin, iclasda, vəkillərin başqa vəkil qurumuna keçmək, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılmış, müsbət qərarlar verilib.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir