Dünya

Hanoyda dəhşətli yanğın: 11 nəfər öldü – VİDEO

Sharing is caring!


Vyetnamın paytaxtı Hanoy şəhərində 10 mərtəbəli yaşayış binasında yanğın baş verib.

Məlumata görə, yanğında 11 nəfər ölüb, 50-dən çox yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanğın gecə saatlarında binanın birinci mərtəbəsində baş verib. Heç bir xilasedici pilləkəni olmayan 150 nəfərin kirayə mənzillərdə yaşadığı binadan yanğınsöndürənlər 70 nəfəri xilas edə biliblər.

Zərərçəkənlərə, o cümlədən azyaşlı uşaqlara dəm qazından zəhərlənmə və hündürlükdən yıxılma nəticəsində xəsarətlər diaqnozu qoyulub. Hazırda yanğın tamamilə söndürülüb, axtarış-xilasetmə əməliyyatı aparılır.

Mənbə: Mir24

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir