Şou-Biznes

Leonardo Di Kaprio gənc qızların ovçusudur?

Sharing is caring!

"Titanik" filminin ulduzu, aktyor Leonardo Di Kaprio barəsində yeni şayiələr dolaşır.

Lent.az xəbər verir ki, o, medianın onun şəxsi həyatına qarışmasından narazıdır. Leonardo şəxsi münasibətlərini real olaraq yaşamaq istəyir.

48 yaşlı aktyor yanvar ayında 19 yaşlı model Eden Polanyi ilə əyləncə gecəsində görüntülənib. Media onların arasında münasibət olduğunu iddia etsə də, aktyora yaxın mənbələr bunu təkzib edir. 

"Leo hazırda çox subaydır. O, çox gənc qadınlara üstünlük verməsi ilə bağlı şayiələri və qalmaqalı sevmir", – aktyorun yaxın dostları bildirib. 

Qeyd edək ki, Leonardo Di Kaprionun gənc qızlara meyli ilə bağlı xəbərlər hələ 24 yaşında ikən, 18 yaşı olan supermodel Gisele Bünxenlə görüşməyə başladığı vaxt başlayıb. 
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir