Şou-Biznes

Bülent Ersoy onu təhqir edən kafe sahibini MƏHKƏMƏYƏ VERDİ – FOTO

Sharing is caring!

Türkiyənin məşhur müğənnisi Bülent Ersoy ona həqarət edən kafenin sahibini məhkəməyə verib.

Lent.az xəbər verir ki, buna səbəb İzmirdə kafe sahibinin məkanın tualetlərinin girişlərinə “diva”nın gənclik fotolarını asmasıdır. 

Söhbət cinsiyyət dəyişmə əməliyyatından əvvəl çəkilən fotosunu kişilər tualetinin, əməliyyat sonra fotosunu isə qadınlar tualetinin girişindən asan kafe sahibinin sosial media hesabında “Bu həyatda tualet seçimi belə çətindir”, – deyə, yazaraq paylaşmasından gedir. 

Bu paylaşım müzakirə mövzusuna çevriləndən sonra sənətçi bunu özünə təhqir bilib. Buna görə də kafe sahibini məhkəməyə şikayət edib və maddi-mənəvi təzminat davası açıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir