Şou-Biznes

Yeni serialın yayımlanmış ilk fraqmentləri – 10 milyon izləmə

Sharing is caring!

Serenay Sarıkaya və Kvanc Tatlıtuğun baş rollarında yer aldığı “Ailə” serialının ilk fraqmentləri yayımlanıb. Uzun müddətdir anonsu verilən bu serialı izləyicilər böyük maraqla gözləyirdilər. 

Lent.az-ın xəbərinə görə, sözügedən serial 14 fevralda Show TV- də tamaşaçılara təqdim olunacaq.

Serial “AY Yapım” şirkəti tərəfindən istehsal edilib. Türkiyə mətbuatının məlumatına görə, serialın ilk fraqmenti artıq 10 milyon dəfədən çox izlənilib. Bu da onun yüksək reytinqlər qazana biləcəyindən xəbər verir.

Ailə və sevgi mövzusunu əsas götürən serialda Nejat İşler, Nur Sürer, Canan Ergüder, Ushan Çakır, Umutcan Ütebay, Yüsra Geyik, Ecem Simge Yurdatapan, Levent Ülgen ve Emel Göksü kimi tanınmış aktyorlar rol alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir