Cəmiyyət

“Qurudulan yaşıllıq sahəsində abadlıq işləri aparılıb” – Qurumdan AÇIQLAMA

Sharing is caring!


“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsində iməcilik işləri aparılıb”.

Bunu ərazidə abadlıq işlərinin aparılmaması ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Səbail Rayon İcra Hakimiyyətindən bildirilib.

“Məlumat üçün qeyd edirik ki, qaldırılan məsələ ilə əlaqədar bir müddət əvvəl Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Səbail rayonunun müvafiq strukturları tərəfindən sözügedən ünvanda iməcilik işləri aparılıb”.

Xatırladaq ki, paytaxtın Səbail rayonunun sakinləri binanın həyətyanı sahəsinin hələ də bərbad vəziyyətdə qaldığından şikayətçidirlər. Sakinlər bildiriblər ki, ərazidə heç bir abadlıq işi görülməyib.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir