Dünya

“Telegram”da ən bahalı istifadəçi adı məlum oldu

Sharing is caring!

“Telegram” messencerində ən bahalı istifadəçi adlarıı siyahısına @news başçılıq edir.

Məlumata görə, bu ad “Fragment” platformasında 1,8 milyon dollara  satılıb. İkinci və üçüncü yerləri @auto və @bank istifadəçi adları tutub. Onların hər biri üçün alıcılar bir milyon dollardan çox pul veriblər.

Həmçinin ən bahalı yuzerneymlərin başında @avia, @chat, @king, @fifa, @game, @sber və @meta da yer alıb. Bu adları alan istifadəçilərin kimliyi açıqlanmır.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir