Şou-Biznes

Şeyma Subaşı: “Sosial media ruhumuzu əmən mənasız boşluqdur” – FOTO

Sharing is caring!

İş adamı Acun İlicalının keçmiş arvadı, hazırda misirli sevgilisi ilə evlənməyə hazırlaşan Şeyma Subaşı paylaşımı ilə gündəmə gəlib.

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında cakkuzidə çəkdirdiyi fotoları paylaşıb. 

Şeyma son zamanlar populyarlıq qazanan "Wednesday" serialında işlədilən "Sosial media ruhumuzu əmən mənasız boşluqdur" replikasını yazıb. Onun bu paylaşımına 55 minə yaxın bəyənmə gəlib, xeyli şərh yazılıb. 

Bundan başqa, izləyicilərin çoxu Şeymanın bu paylaşımına "özün gündə min ədəd hekayə atırsan, bunu özünə aid etmirsən?", "bu qadın nə çəksə, normalmış kimi görünür", "bu qadın gerçəkdir?", "Hailey Biebersən?", "bu həyatı sən yaşayırsan" və digər şərhlər yazıblar. 

Qeyd edək ki, Şeyma Subaşının Meedo Alsalouissi ilə xarici ölkələrin birində nikah masasına əyləşəcəklər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir