Şou-Biznes

Azərbaycanlı aktrisa: “Artıq zinət əşyalarına pul verməyəcəm”

Sharing is caring!

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə iş birliyi etdiyi brendin təqdimatında jurnalistlərin suallarını cavablandırıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktrisa bir müddət əvvəl nişanlısı Gökhan Alkanla münasibətinə son qoymasından sonra zərgərlik brendi ilə müqavilə imzalayıb.

40 yaşlı aktrisa tədbirdən çıxış zamanı bundan sonra zinət əşyaları almayacağı ilə bağlı açıqlama verib:

“Brendin siması olduğum üçün çox xoşbəxtəm. Mənə qazancı böyük oldu. Bu münasibətlə düşünürəm ki, daha zinət əşyalarına pul verməyəcəyəm”, – deyə gülümsəyərək bildirib.

Daha sonra müxbirlərdən biri Cavadzadədən göstərişi sevib-sevmədiyini soruşub:

“Əlbəttə, göstərişi çox sevirəm. Bunu taxdığım zinət əşyalardan da anlaya bilərsiniz. İcazə verin, lazım olduğundan daha qəşəng geyinim. Mən harasa gedəndə diqqət mərkəzində olmağı sevirəm”.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir