Şou-Biznes

Nazilə Səfərli əsgər oğlunu şeirlə təbrik etdi – FOTO

Sharing is caring!

Şairə, xına məclislərinin aparıcısı Nazilə Səfərli diqqətçəkən paylaşım edib.

Lent.az xəbər verir ki, o, əsgərlikdə olan oğlu Turana ad günü təbriki paylaşıb. Şairə paylaşımda bu sözləri yazıb:

"Səni vətənə xidmətə yollamışam, son beşiyim. İnşallah, qüsursuz olar vətən keşiyin. Doğulanda əhd etmişdim əsgər adını, əsgər anaları bilər bu həsrətin dadını. Bağrıma vətən daşını basıb darıxsam da sənsiz, görüşünə heç gəlmədim. Gəlmərəm də! Üzün ağ olsun, oğul! Şikayət etmərəm əsla. Salamat qayıtsan, gözlərim aydın olsun. Şəhid olsan, vətən sagolsun. Allah ordumuzu qorusun. Son 25 günün qaldı, doğum günün mübarək".

Qeyd edək ki, Nazilə Səfərlinin iki oğlu var. Böyük oğlu Nurlan bu ilin mayında ailə həyatı qurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir