Şou-Biznes

Mənzurə: “O xanəndəni ilk dəfə mən efirə çıxarmışam”

Sharing is caring!

"Xanəndə Qəzənfər Abbasovu ilk dəfə efirə mən çıxarmışam. O dəfə mənə yazır ki, efirdə səndən danışmışam. Dedim ki, indi danışmaq lazım deyil. Məndən çoxdan danışmalı idin. Deməliydin ki, Mənzurə xanım məni ilk dəfə Azərbaycan Televiziyasının efirinə çıxarıb".

Lent.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva deyib. O, sponsoru olmadan şöhrət və pul qazandığını bildirib:

"Məni sevdilər, həmişə şənliklərində görmək istədilər. Elə bildim həyat budu. Amma sənətin görünməyən tərəfləri var. Pulun arxasınca qaçmamışam. Mənə ağılsız deyirlər. Bütün güzəranımı tək başına qurmuşam. Sponsorum, dayağım olmayıb. Qəpik-qəpik qazanıb ailəmə, bacıma, qardaşıma, anama nəsə almışam. Qalan pulu da özümə xərcləmişəm".

Qeyd edək ki, Mənzurə Musayeva qardaşının Çinarə adlı qızını kiçik yaşlarından övladlığa götürüb.

Qəzənfər Abbasov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir