Şou-Biznes

Məşhur aktyor var-dövlətini KİMƏ VERƏCƏK?

Sharing is caring!

Dünyaca məşhur aktyor Brüs Uillisin sağalmaz xəstəliyə yoluxduğu, uşaqları və həyat yoldaşları ilə birgə yaşadığı barədə xəbər vermişdik. 

Lent.az xəbər verir ki, 67 yaşlı Brüsün 250 milyonluq sərvətini ailəsinə vəsiyyət etdiyi üzə çıxıb. İş orasındadır ki, var-dövlətin uşaqlarının arasında qeyri-bərabər bölündüyü məlum olub.

O, varıdatının böyük bir hissəsini ikinci həyat yoldaşı Emma Hemingə və iki qızına vəsiyyət etsə də, aktyorun keçmiş xanımı Demi Murdan olan Rumer, Scout və Tallulah isə hər biri yalnız bir milyon dollar alacaqlar.

Bundan başqa, Brüsün 13 il birlikdə yaşadığı və hazırda yaxşı münasibətləri olan Demi Murun adı vəsiyyətnamədə yoxdur. 

Xatırladaq ki, aktyorun əziyyət çəkdiyi afazi xəstəliyi beyin qanaması və ya iflicdən sonra yaranan patologiyadır. Bu xəstəlikdə danışığın və dərketmənin zəifləməsi, danışanda nitqdəki rabitənin pozulması kimi problemləri büruzə verir. 

Qeyd edək ki, Hollivud ulduzu Brüs Uillis “Tears of the sun”, “Unbreakable”, “Armageddon”, “The Fifth Element”, “Perfect Stranger” və s. kimi filmlərdə yaddaqalan roller ifa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir