Mədəniyyət

Xoşqədəm Hidayətqızı: “Çox zərbələr alıram, söyülürəm”

Sharing is caring!

“İşlər o qədər çoxdur ki, vaxt çatdıra bilmirəm. Mənə təklif edilən pullardan imtina edirəm. Nə pullar təklif edilir ki, filankəsi çıxart efirə”.

Azxeber.com xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, “Səni axtarıram” verilişinə görə dəfələrlə təhqir və şantaj edildiyini söyləyib:

“Etibarı itirməmək üçün heç bir təkliflə razılaşmıram. Çox zərbələr alıram, söyülürəm, şəxsiyətimə, əxlaqa toxunacaq qədər gediblər. Qorxmuram, çünki vicdanım təmizdir. Feyk hesablarla yazanlar, birləşib zərbələr vurmaq istəyənlər vecimə deyil. Vicdanın təmiz, niyyətin təmizdirsə qorxma get”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir