Şou-Biznes

Sərxan Sərxan: “Səviyyəsiz mahnılar çoxdur” – AÇIQLAMA

Sharing is caring!

"İndiki dövrdə təəssüf ki, musiqiləri təhsilsizlər bəstələyir. Sözləri də özünü şair hesab edən təhsilsizlər yazır. Ona görə də səviyyəsiz mahnılar çoxdur".

Bu sözləri Lent.az-a müsahibəsində uzun müddətdir Rusiyada yaşayan müğənni Sərxan Sərxan deyib. O, indiki dövrdə bəstələnən mahnıların keyfiyyətsizliyindən, toy müğənnilərinin səhnəyə gəlməsindən və bir çox məqamlardan söhbət açıb:

"İncəsənət kütləvi ola bilməz. Ona görə ki, kütləvi halda olanda bazar olur. Amma var “butik”. Məsələn, görürsünüz, operaya və ya klassik musiqiyə hamı qulaq asmır. Biz deyə bilmərik ki, bu, pis musiqidir. Onu başa düşə bilən dinləyir. Klassik estrada da belədir. Bu janrı da insanların başa düşməsi üçün gərək, radio və televiziyalarda klassik estrada musiqiləri səslənsin. Keyfiyyətli musiqi təbliğ olunmalıdır. Toy müğənnilərini də qınamıram. Pul qazanmalıdırlar axı. Sovet dövründə kim toyda ifa edirdisə, onları “qara siyahı”ya salardılar. Onların dövlət televiziyası və radiosunda çıxış etməsinə icazə vermirdilər. İndi isə əksinədir. Kim toya gedirsə, televiziyalarda da çıxış edirlər. Toy gəlib səhnəyə. Belə olmamalıdır. Səhnə toya gedə bilər, ancaq toy səhnədə olmamalıdır. Hər janrın öz yeri var".

Qeyd edək ki, müğənni Sərxan Sərxanın bu gün yayımlanacaq müsahibəsini Lent.az-dan oxuya bilərsiniz. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir