Şou-Biznes

“Dua etmirəm, Sovet uşağıyam” – Sərxan Sərxandan AÇIQLAMA

Sharing is caring!

"İstər xristian ol, istər yəhudi, istərsə də başqa dinə ibadət et. Öz işindir. İnsanlara pislik etmirsənsə, əməlin düzdürsə, deməli, yaxşı adamsan".

Bu sözləri Lent.az-a müsahibəsində müğənni Sərxan Sərxan deyib. O, açıqlamasında deyib ki, dini inancı olsa da, dua oxumur:

"Nə yalan deyim? Yox (gülür). Sovet uşağıyam. Niyə aldadım sizi? Bilirsiniz, inam hər insanın daxilində var. Hərənin inancı özünə görədir. İnsafın varsa, inamın da var. İstər xristian ol, istər yəhudi, istərsə də başqa dinə ibadət et. Öz işindir. İnsanlara pislik etmirsənsə, əməlin düzdürsə, deməli, yaxşı adamsan. Vəssalam".

Qeyd edək ki, 70 yaşlı Sərxan Sərxan uzun müddətdir Rusiyada yaşayır. O, ötən gün Bakıda yaradıcılıq gecəsi keçirərək, tamaşaçılar qarşısında konsert verib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir