İdman

Polşa millisinin baş məşqçisi Levandovskinin zəngindən sonra öz postunu tərk edib

Sharing is caring!

Bu gün Polşa Futbol Assosiasiyası baş məşqçi Çeslav Mihneviçin dekabrın 31-də başa çatacaq müqaviləsinin uzadılmayacağını rəsmən açıqlayıb.

Məlumata görə, Minheviçlə müqavilənin uzadılmamasına səbəb dünya çempionatındakı bonuslarla bağlı qalmaqal, komandanın mundialdakı uğursuz çıxışı, oyunçuların narazılığı və jurnalistlərlə “müharibə”si olub.

Bildirilir ki, məşqçinin qovulmasına Robert Levandovski də təsir edib. Qətərdə keçirilən dünya çempionatı zamanı yığmanın kapitanı Polşa Futbol İttifaqının prezidentinə zəng edərək, bir qrup oyunçu adından futbolçuların Minheviçin rəhbərliyi altında çıxışını davam etdirmək istəmədiklərini bildirib. Onlardan çalışdırıcı vəzifəsini tərk etməsə, millidəki karyeralarını bitirəcəkləri ilə hədələyiblər.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Polşa yığması yalnız turnirin qalibi olan Argentinadan sonra, öz qrupunda ikinci yeri tutub.

1/8 final matçında polyaklar Fransa komandasına 1:3 hesabı ilə uduzublar.

Minheviç 2022-ci ilin əvvəlindən Polşa millisini çalışdırıb. Onun rəhbərliyi altında keçirilən 13 qarşılaşmada komanda beş qələbə qazanıb, beş məğlubiyyət alıb və üç dəfə heç-heçə edib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir