Sosial

Şirvan şəhərindən  olan 100 nəfər sağlamlıq imkanları məhdud uşaq sosial xidmətlərə cəlb olunacaq.

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Şirvan şəhərində fəaliyyətə başlayan yeni sosial reabilitasiya mərkəzində 100 nəfər sağlamlıq imkanları məhdud uşağa xidmətlər göstəriləcək.
Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan mərkəzdə Şirvan şəhərindən olan 100 nəfər sağlamlıq imkanları məhdud uşaq sosial xidmətlərə cəlb olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə mütəmadi olaraq sosial proqramlar icra olunur.

Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi İCtimai birliyi

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir