Sosial

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb

Sharing is caring!

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı”nın layihəsi hazırdır.

AMEA-dan verilən məlumata əsasən, Mikrobiologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov bildirib ki, iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması və adambaşına düşən su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olması, həmçinin əhalinin sayının artması kimi səbəblərdən dolayı su ehtiyatlarından səmərəli istifadə zəruridir.

Qeyd edək ki, ölkə ərazisində mövcud olan su çatışmazlığı və su anbarlarında yaranmış vəziyyətlə əlaqədar Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, 2020-2022-ci illər üçün Tədbirlər Planı təsdiq edilib və müvafiq dövlət qurumlarına tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir