22 Noyabr Ədliyyə işcilərinin peşə bayramı günü Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə muasir dövlətimizin banisi, ümümmilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilmişdir. Bu bayramı ədliyyə işçiləri artıq 102 ildir ki, böyük ruh yüksəkliyi ilə geniş qeyd edirlər. Bu əlamətdar gündə ənənəvi olaraq ədliyyə orqanlarının tarixinə, görülmüş işlərə, qarşıda duran mühüm vəzifələrə bir daha nəzər salınır. XX Əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən dərhal sonra formalaşdırılan Milli Hökümətin tərkibində Ədliyyə Nazirliyi də təşkil olunmuş, 22 noyabr 1918-ci ildə isə onun Əsasnaməsi təsdiq edilmişdir. Nazirlik öz işinə ilk növbədə hüquq sisteminin təşkili üçün əhəmiyyətli qərarların qəbul edilməsi, ədliyyə, məhkəmə və istintaq strukturlarının bərpası, hüquqşunas kadrların hazırlanması ilə başlanmış, həmin dövr üçün mühüm nailiyyətlər əldə edilmişdir. Lakin sovetlər dövründə Ədliyyə Nazirliyi vahid sistem kimi fəaliyyət göstərməmiş, dəfələrlə ləğv edilib yenidən təşkil olunmuşdur. Yalnız ümümmilli lider Heydər Əliyevin 1969-cu ildə respublikamıza siyasi rəhbərliyə gəlişindən sonra ədliyyə sisteminə zəruri diqqət göstərilmiş, Ədliyyə Nazirliyi təsis edilərək, onun vahid strukturu formalaşdırılmış, ədliyyə işinin gələcək inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanın dövlətçilik tarixində Ədliyyə Nazirliyinin özünəməxsus yeri vardır. Azərbaycan dövlət müstəqilliyini bərpa etməsi ilə başlanan ədliyyənin inkişafının əsaslı dönüş mərhələsi də ulu öndərin adı ilə bağlı olmuş, Ədliyyə Nazirliyinin funksiyasına və səlahiyyətləri genişləndirilmiş, nazirlik milli dövlətçiliyimizin əsas sütünlarından birinə çevrilmişdir. Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ədliyyə və məhkəmə sisteminin muasirləşdirilməsi üzrə mühüm qərarlar qəbul olunmuş, ədliyyə fəaliyyətinin mükəmməl normativ hüquqi bazası yaradılmış, ədliyyə işi beynalxalq norma və prinsiplərə uyğunlaşdırılmış, onun üzərinə yeni mühüm vəzifələr qoyulmuş, gələcək inkişafına dair əhatəli Dövlət Proqramı qəbul edilmişdir. Ədliyyə və məhkəmə sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində əldə olunan bütün uğurlar və nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür. Ədliyyə işçiləri ölkəmizdə gedən demokratikləşmə prosesində, vətəndaş cəmiyyətinin təşəkkül tapmasında, respublikamızın daha da inkişaf edərək, zəngin və qüdrətli dövlətə çevrilməsində bundan sonrada yorulmadan çalışmaq əzmindədirlər və bu şərəfli işi özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar. Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gələrək bu bayramı bizlərə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin xatirəsini yad edirlər. Bu günlər bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi tarixi yola nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir. Azərbaycan ədliyyəsinin tarixinə və müasir inkişafına dair xüsusi stend hazırlanır. Fürsətdən istifadə edərək, bütün ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edirəm, çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşı Ədliyyə baş-leytenantı Sərxan Sadıxov
Oxşar Xəbərlər
Qarabağda qanunsuz hərbi fəaliyyətin maliyyələşməsində beynəlxalq bankların iştirakı – ARAŞDIRMA + FOTO
Uzun müddət davam etmiş Ermənistan-Azərbaycan münaqişəsinin həlledici mərhələsi hesab edilən 2020-ci il Qarabağ müharibəsinin Azərbaycanın hərbi və siyasi qələbəsi ilə başa çatması konfliktin tarixə keçməsi ilə nəticələndi. Lakin bəzi ölkələrin müxtəlif dairələri tərəfindən Cənubi Qafqaz regionunda məhz yeni geosiyasi reallıqları dəyişmək və ya rəsmi Bakıya qarşı təzyiq aləti saxlamaq məqsədi ilə Qarabağ iqtisadi rayonunda yaşayan […]
Azərbaycan vətəndaşları Ermənistana vizasız səfər edə bilərlər – FOTO/VİDEO
Ermənistan XİN-in rəsmi saytında edilmiş dəyişiklik geniş müzakirə mövzusuna çevrilib. Belə ki, XİN-in rəsmi saytında vətəndaşlarının Ermənistana vizasız səyahətinə icazə verilən ölkələr arasında Azərbaycan da yer alıb. Saytda Azərbaycan vətəndaşları üçün viza müraciəti etmək istədikdə “Ermənistan Respublikasına səfər zamanı seçilən ölkənin vətəndaşlarına bütün pasport növləri üzrə vizasız rejim fəaliyyət göstərir” qeydi ortaya çıxır. Ermənistan XİN-in […]
Mançester derbisində üç qol: “Qırmızı şeytanlar”dan əzmkar qələbə – VİDEO
İngiltərə Premyer Liqasında XVII tur davam edir. Oxu.Az xəbər verir ki, turun mərkəzi matçında “Mançester Yunayted” “Mançester Siti”ni qəbul edib. “Old Trafford”da oynanılan qarşılaşmada meydan sahibləri əzmkar qələbə qazanıblar – 2:1. Hesabı 60-cı dəqiqədə qonaqlardan Cek Qriliş açıb. 78-ci dəqiqədə Brunu Fernandeş tarazlığı bərpa edib. Cəmi 5 dəqiqə sonra isə Markus Reşford görüşdə son nöqtəni […]