Sosial

“Adları ekspertdir, amma özləri bazar arvadlarından fərqlənmir” Pulla efirə çıxanlar

Sharing is caring!

“Son günlər ekspertlərin studiyaya pənah gətirən çarəsiz insanları alçaltması, həmin şəxsləri təhqir etməsi ənənə halını alıb. Biri onun geyiminə irad tutur, biri davranışını tənqid edir, bəzən şəxsin heç etmədiyi davranışı belə onun boynuna qoymağa çalışırlar, biri studiyada saatı yerə atır və onu ayağı ilə qırır…” 

Xəbəral.az xəbər verir ki, bu sözləri yenisabah.az-a tanınmış psixoloq Gülnar Orucova deyib. Onun sözlərinə görə, ictimai-sosial verilişlərdə ekspert qismində iştirak edənlər əvvəlcə özləri cəmiyyətə nümunə olmağı bacarmalıdır: “Ekspert verilişə niyə gəlir, onun işi savadlı, dünyagörmüş şəxs kimi başqalarına nümunə olmaqdır. Ekspertin kiminsə geyiminə irad tutmağa haqqı çatmır. Studiyaya gələn adam düşdüyü vəziyyətdən çıxış yolu axtarır, deməli, öz ailəsində məsələni həll edə bilməyib, məcbur olub bunu ictimailəşdirib. Heç kəs istəməz ki, problemini efirdə müzakirə etsin, hamının ətrafı, dostu-tanışı var. Görün o şəxs necə çarəsiz qalıb ki, bunu efirə çıxarıb. 

Bəzi ekspertlərin özünün başına ağıl qoyan lazımdır. Mən efirə baxıram, ekspertləri dinləyirəm və görürəm ki, artıq ekspertlər ağıllı məsləhətlər vermirlər. Efirə Rəşid Mahmudov kimi insanlar lazımdır. Onlar gələn qonağa da, studiyadakı digər şəxslərə də hörmətlə yanaşır, problemi çözməyə çalışırdılar. 

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir