Sosial

Azərbaycan və Gürcüstan QHT-ləri əməkdaşlığa başladı

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, 10 oktyabr 2022-ci il tarixində Gürcüstanın Marneuli şəhərində yerləşən”Tea House”-da “İnkişaf və Təhsil Mərkəzi”, “Gürcüstan İncəsənət Akademiysı” və Azərbaycanda, Şamaxı şəhərində fəaliyyət göstərən “Azərbaycan Qadınlarının Haqlarının Müdafiə Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə video konfrans baş tutdu. Görüşdə gənclərin inkiluziv təhsili sahəsində müzakirə aparıldı, gələcək fəaliyyət və əməkdaşlıq haqda təkliflər səsləndirildi. Görüşdə yaxın gələcəkdə birgə həyata keçiriləcək layihə çərçivəsində əməkdaşlıq etmək haqda razılığa gəlindi. Yekunda gənclər “Tea House”-da, tanınmış incəsənət xadimi Şota Maglakelidzenin sərgisi ilə tanış oldular.
Tədbirdə “İnkişaf və Təhsil Mərkəzi”-nin direktoru Emin Əhmədov, “Gürcüstan İncəsənət Akademiyası”-nın sədri Denis Nesterenko və Gürcüstanda tanınmış incəsənət xadimi Şota Maqlakelidze çıxış etdilər. Əlaqələrin vacibliyi, gürcüstan -azərbaycan gənclrinin iştirakı ilə layihələrin vacibliyi vurgulandı. Azərbaycan tərəfindən video konfransa Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov , Xəbəral.az İnformasiya Portalının təsiscisi Mirİsmayıl Xələfli, Şəffaflıq qazetinin baş redaktoru Vahid İsmayılov, hazırda şamaxıda fəaliyyətdə olan Reablitasiya mərkəzinin digər əməkdaşlarıda iştirak edərək təcrübə mübadiləsindən faydalanıblar.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir