Siyasət

Litva müdafiə naziri: “Qorbaçov Bakıda dinc etirazları qəddarcasına yatıran cinayətkar idi”

Sharing is caring!

“Yadımdadır, 1982-1985-ci illərdə baş katibləri bir-bir oksigendən ayırırdılar, Mixail Qorbaçov isə Qərbdə eyforiyaya səbəb olurdu. Dərhal olmasa da, bunun səbəbləri olub (soyuq müharibənin sonu, Almaniyanın birləşməsi və s.). Lakin o, cinayətkar partiyanın başçısı olub, bu mahiyyəti heç “qlasnost”la da dəyişmək olmaz. Baxmayaraq ki, bu, partiya monolitinin dağıdılmasına da yol açdı”.

Bunu Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas özünün “Facebook” hesabında yazıb.

“Litvalılar və digərləri də vəziyyətdən məharətlə istifadə edib müstəqilliklərini bərpa etdilər. O, demokratik dövlət nöqteyi-nəzərindən Vilnüs, Tbilisi, Almatı, Bakı və digər şəhərlərdə dinc etirazları qəddarcasına yatırmaq əmrini verən cinayətkar idi. Peşmanlığı olmayıb. Düzdür, ölən haqqında ya yaxşı danışarlar, ya da heç nə. Lakin bu dəfə deyil”, – o qeyd edib.

Milli müdafiə nazirinin fikrincə, M.Qorbaçovun yeganə müsbət tərəfi SSRİ-nin buraxılması sənədinə imza atması olub:

“Soyuq müharibəyə son qoydu və Berlin divarını dağıtdımı? Yox. Bunu azadlıq istəyən xalqlar etdilər”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir