Dünya

İranlı məhbusun ailəsinə mesajı: “Hər an boynumda kəndir hiss edirəm” – FOTO

Sharing is caring!


İranda edam cəzasına məhkum edilmiş etirazçı gənc Məhəmməd Qubadlu həbsxanadan ailəsinə göndərdiyi məktubda edam ediləcəyindən daim narahat olduğunu və hökmün icrası üçün təkadamlıq kameraya köçürülməsini hər an gözlədiyini bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məhkumun anası Məsumə Əhmədi oğlunun halallıq istəmək üçün anasına göndərdiyi məktubunu dərc edib:

“Hər an boynumda kəndir hiss edirəm. Edam üçün adımın çağırılacağına hazıram”.

Xatırladaq ki, o, ötən il kütləvi etirazlarda “bir polisi maşınla vurmaqda və etirazların genişlənməsində iştirak etmək” ittihamları ilə ölüm cəzasına məhkum edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir