Siyasət

Qriqoryan: “Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası avqustun ikinci yarısına təyin edilib”

Sharing is caring!

“Azərbaycan tərəfinin təklifi ilə Sərhədin Delimitasiyası və Təhlükəsizliyi Komissiyasının iclası avqustun ikinci yarısına təyin edilib”.

Bu barədə “Armenpress”ə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.

“Biz regional kommunikasiyaları açmağa hazır olduğumuzu dəfələrlə bildirmişik.

Rusiya, Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin həmsədrlik etdiyi kommunikasiyalar üzrə üçtərəfli işçi qrupunda biz müəyyən irəliləyişlər müşahidə edirik və eyni ruhda davam etməyə hazırıq”, – deyə Qriqoryan qeyd edib.

Mənbə: “Armenpress”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir