Siyasət

Borrel Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb: “Bu mühüm siyasi addımdır” – FOTO

Sharing is caring!


Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb və bunu mühüm siyasi addım adlandırıb.

Bu barədə İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.

“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır, bu mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir