Siyasət

XİN başçısının müavini: “Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı üçün mühüm əsasdır”

Sharing is caring!

“Gürcüstan-Azərbaycan tərəfdaşlığı regionun inkişafı və sabitliyi üçün mühüm əsasdır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son 30 ildə iki ölkə arasında münasibətlər dinamik inkişaf edib:

“Biz bu il Gürcüstanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Bu tarix hər iki ölkə üçün çox vacib əhəmiyyət daşıyır. Gürcüstan və Azərbaycanı strateji tərəfdaşlıq və əməkdaşlıq birləşdirir. Qarşılıqlı münasibətlərin perspektivlərini bir sözlə – strateji tərəfdaşlıq sözü ilə qeyd etmək olar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir