Siyasət

Kiyevdə diasporun toplantısı keçirildi – FOTO

Sharing is caring!

Kiyev şəhərində Azərbaycan Diasporunun mərkəzi qərargahında diaspor fəallarının iştirakı ilə toplantı keçirilib.

Oxu.Az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun iştirakı ilə keçirilən toplantında hazırda Ukraynada qalan azərbaycanlıların vəziyyəti, onların problemləri və davam edən dəstək məsələləri müzakirə olunub.

Toplantıda çıxış edən UABD sədri Hikmət Cavadov azərbaycanlılarla yanaşı, yerli əhaliyə də göstərilən dəstəkdən söhbət açıb:

“Azərbaycan diasporu həm pandemiya, həm də müharibə dövründə azərbaycanlılarla yanaşı, yerli əhaliyə də maddi və mənəvi dəstək göstərməkdə davam edir. Müharibənin getdiyi indiki şəraitdə Ukraynanın yanında olmaq, yaşadığımız ölkəyə hər cür dəstək göstərmək diasporumuzun vəzifəsi ilə yanaşı, həm də mənəvi borcudur”.

H.Cavadov Azərbaycan diaspor fəallarına Ukraynaya göstərdikləri dəstəyi artırmağı tövsiyə edib.

Çıxış edən UABD İdarə Heyətinin üzvləri – Elşad Sadıqov, Elşad İbrahimov, Hikmət Abdullayev, Vidadi İsrafilov və Fail Abidov mövcud problemlərdən, gələcəkdə atılacaq addımlardan söhbət açıblar.

Azərbaycan DİN-in Ukraynada nümayəndəsi, polkovnik Şahin Qocayev diaspor fəallarının qaldırdığı problemlərə münasibət bildirib, tövsiyələrini verib.

Qeyd edək ki, UABD ötən müddət ərzində həm Ukraynada, həm də Azərbaycanda toplanılan yardımların Ukraynanın Azərbaycandakı səfirliyi vasitəsilə bu ölkəyə çatdırılmasında mühüm rol oynayıb.

Xatırladaq ki, UABD sədri Hikmət Cavadov iyunun 21-də Ukrayna Ali Radasında Azərbaycan – Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclasında iştirak etmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir