Siyasət

Naibə Allahverdiyeva təltif olunmasından DANIŞDI

Sharing is caring!

Prezident İlham Əliyev incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Təltif olunanlar arasında Xalq artisti Naibə Allahverdiyeva da var.

Allahverdiyeva bu xəbəri ilk Oxu.Az-ın əməkdaşından eşitdiyini söyləyib.

“İlk sizdən aldım bu xəbəri, məni çox sevindirdiniz, çox sağ olun. Ölkə başçımıza bu mükafata layiq gördüyünə görə dərin təşəkkürümü bildirirəm. O, bizim tarix yazan sərkərdəmizdir. Hər zaman incəsənət adamlarına qarşı xüsusi diqqət göstərib, dəyər verib. Bu gün də incəsənət adamlarına Prezident mükafatının verilməsi bunun bariz nümunəsidir”, – deyə N.Allahverdiyeva əlavə edib.

Dilşad Bəhruzqızı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir