Siyasət

“Mina xəritələrinin sayının açıqlanması üçün Ermənistana müraciət etmişik” – Hikmət Hacıyev

Sharing is caring!

“Noyabr ayında hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan öz ərazisində tutduğu 15 ermənini təhvil verdi. Bunun qarşılığında isə Ermənistan təmizləmə əməliyyatlarına kömək edəcək mina xəritələrini təqdim etdi”.

“XəbərAl.az” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” nəşrində dərc olunan Ermənistan və Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə həsr edilmiş məqaləsində deyilir.

H.Hacıyev qeyd edib ki, Ermənistan və Azərbaycan artıq bir-birini daha çox tanıyır:

“Bu diplomatik irəliləyişə əsaslanmalı və qarşıdurmanı əməkdaşlığa çevirməliyik. Çünki bizi çox iş gözləyir”.

Prezidentin köməkçisinin sözlərinə görə, həmin ərazilərdə hələ nə qədər mina olduğu dəqiq bilinmir:

“Qarabağın dünyanın ən intensiv minalanmış ərazisi olduğuna inanılır”.

“Azərbaycanlılar artıq bu torpaqlara qədəm basa bildikləri üçün yerli mətbuatda insan faciəsi haqqında məlumatlar mütəmadi olaraq yayımlanır. 30 illik sürgündən sonra evlərinin qalıqlarını görmək istəyən 140 mülki vətəndaş ölüb. Ən son olaraq, iki journalist geri çəkilən erməni qüvvələrinin yerləşdirdiyi tank əleyhinə minaya düşmə nəticəsində həlak oldu”, – o əlavə edib.

H.Hacıyev vurğulayıb ki, belə hadisələr sülhə əngəl törədir:

“Noyabr ayında Moskvada hərbi əməliyyatların sona çatması barədə atəşkəs razılaşmasına baxmayaraq, Azərbaycanın mülki əhalisi hələ də ölür”.

O bildirib ki, Azərbaycan Ermənistan hökumətinə onlarda olan xəritələrin sayını açıqlamaq üçün müraciət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir