Siyasət

Zaxarova: “Moskva və İrəvan Rusiya kanallarının yayımı ilə bağlı danışıqlar aparır” – VİDEO

Sharing is caring!

“Moskva İrəvanın bu ölkədə Rusiya kanallarının yayımı ətrafındakı vəziyyətin tənzimlənməsinə dair fəaliyyətlərindən xəbərdardır. Bu məsələ ilə bağlı danışıqlar davam edir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə News.ru-nun müxbirinin sualını cavablandırarkən deyib.

“Biz bu məsələ ilə bağlı Ermənistan tərəfi ilə əlaqə saxlayırıq, məsləhətləşmələr aparırıq, fikir mübadiləsi başa çatmayıb. Biz İrəvana fikirlərimizi çatdırmışıq və sıx əlaqə saxlayırıq”, – deyə diplomat Rusiya telekanallarının Ermənistanda yayımı ilə bağlı vəziyyətdən danışarkən bildirib.

Onun sözlərinə görə, birgə məqsəd bütün mövcud problemli məsələləri həll etmək və ortaya çıxan məsələləri qarşılıqlı hörmət əsasında həll etməkdir.

“Biz bu mövqedən çıxış edirik. Belə təmaslarda iştirak edən nümayəndələr məhz buna yönəlməlidirlər”, – Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Xatırladaq ki, martın 18-də Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib ki, İrəvan tezliklə Moskvaya Rusiya telekanallarının yayımı məsələsinin həlli ilə bağlı yeni təkliflər təqdim edəcək. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikada yayımlanan Rusiya kanallarının müqavilənin müəyyən bəndlərini pozduğunu bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir