Cəmiyyət

Bakıda şirkətdən oğurluq edən şəxs tutulub

Sharing is caring!

Keçmiş məhkum oğurluq etməsi səbəbilə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində üç avtomobildən ümumilikdə 1 800 manat pul, notbuk, bank kartları, ehtiyat açar və rəng yoxlayan aparat, rabitə qovşağına məxsus dirəklərdən 120 metr rabitə kabeli və qutu, şirkətlərin birindən elektrik naqilləri, bir torpaq sahəsindən 3 000 manat dəyərində su çəni, bir həyətyanı sahədən isə 2 250 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş T.Zeynalov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir