Dünya

Səid Nurməhəmmədov döyüşlərdə qalib gəldiyi üçün ona hansı avtomobillərin verildiyini açıqlayıb

Sharing is caring!


Qarışıq döyüş növləri (MMA) üzrə “Ultimate Fighting Championship” (UFC) yarışının kiçik çəki dərəcəsində çıxış edən rusiyalı döyüşçüsü Səid Nurməhəmmədov qalibiyyət qazandığı döyüşlərinə görə ona iki “Mercedes-Benz” avtomobili verildiyini bildirib.

Bu barədə “Championship” nəşri məlumat paylaşıb.

“Osmanın üzərində qələbə qazandıqdan sonra Çimayevə “Gelandewagen” verdilər? Mənə də veriblər. İki maşın. “Mercedes-Benz C-klasse” və “Mercedes-Benz G-klasse”. Onlar mənim kolleksiyamdadır”, – deyə Nurməhəmmədov bildirib.

Səid Nurməhəmmədovun peşəkar karyerasında 18 qələbə və üç məğlubiyyət var.

Xatırladaq ki, oktyabrın 21-də UFC-294 turniri çərçivəsində o, Muin Qafurovu məğlub edib. S.Nurməhəmmədov Çeçenistan Respublikasından olan “Axmat” döyüş klubunu təmsil edir. O, keçmiş “World Fighting Championship Akhmat”ın (WFCA) yüngül çəki dərəcəsində çempiondur. Səid həm də MMA üzrə dünya çempionu tituluna malikdir (2013). 6 noyabr 2022-ci il tarixinə o, UFC yüngül çəki dərəcəsində 15-ci yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir