Siyasət

Gürcüstan XİN başçısı: “Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda sülh sazişi imzalayacaqlar”

Sharing is caring!

“Üçtərəfli görüş çərçivəsində müxtəlif istiqamətlərdə məsələlər müzakirə edilib. İkitərəfli müstəvidə də Gürcüstan, Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlıq və nümunəvi əlaqələr mövcuddur”.

APA xəbər verir ki, bunu Gürcüstan XİN başçısı İlya Darçiaşvili bu gün Bakıda keçirilən Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair brifinq zamanı deyib.

“Bu iki ölkə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır. Siyasi, iqtisadi, ticari, müdafiə, mədəniyyət, nəqliyyat, enerji sahələrində əməkdaşlıqlar müzakirə edildi. Təbii ki, biz regionda gedən proseslərə və bu çağırışların öhdəsindən gəlmək üçün birgə səylərimizə xüsusi diqqət yetirdik”, – nazir bildirib.

İlya Darçiaşvili Gürcüstanın Cənubi Qafqazda dinc və sülh şəraitində birgəyaşayışı qətiyyətlə dəstəklədiyini, regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.

“Ümidvarıq ki, Azərbaycan və Ermənistan tez bir zamanda razılıq əldə edərək sülh sazişini imzalayacaq və bu, regionda uzunmüddətli sülhlə sabitlik üçün dönüş nöqtəsi olacaq”, – Gürcüstan XİN başçısı qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir