Siyasət

Zaxarova: “Ermənistan Qərbin növbəti əyləncə alətinə çevrilir”

Sharing is caring!


“Ermənistan Qərbin növbəti əyləncə alətinə çevrilir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq zamanı bildirib.

Onun fikrincə, Ermənistan şirnikləndirilə və aldadıla bilər.

“Daha dərindən baxmaq lazımdır. Təəssüflər olsun ki, Ermənistanın bir sıra siyasi xadimləri İrəvanın Qərb geosiyasətinin növbəti alətinə, əyləncəsinə çevrilməsi barədə düşünmürlər. Aİ Ermənistana regiona giriş nöqtəsi kimi baxır”, – deyə Zaxarova bildirib.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl qərara gəldiyini və yaxın günlərdə maksimum bir ay ərzində ölkənin Aİ üzvlüyünə namizəd olmaq üçün ərizə verəcəyini açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir