Siyasət

Seneqal prezidenti Azərbaycana gələcək

Sharing is caring!


Seneqal Prezidenti Makki Sallı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya səfərə gələcək.

Bunu “Report”un Ankara bürosuna müsahibəsində Seneqalın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyen bildirib.

“Keçən ay etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edən zaman Seneqalın dövlət başçısı Makki Sallını COP29-da iştirak üçün Bakıya dəvət etdi. Mən də bunu çatdırdım. Seneqal prezidenti dəvəti qəbul edib və Azərbaycana səfər edəcəyini bildirib”, – diplomat vurğulayıb.

Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir