Siyasət

Lukaşenko: “Belarus Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir” – FOTO

Sharing is caring!


“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı çox yüksək qiymətləndiririk”.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyevin etimadnaməsini qəbul edərkən deyib.

O, həmçinin bu yaxınlarda keçirilən prezident seçkilərində xalqın böyük dəstəyini qazanan İlham Əliyevə xüsusi minnətdarlığını bildirib.

Dövlət başçısı maraq doğuran sahələrdə məsələlərin həlli üçün iki ölkə liderləri arasında əldə olunan razılaşmalardan daha fəal istifadə etməyi təklif edib.

Qeyd edək ki, fevralın 15-də Belarus prezidenti Aleksandr Lukaşenko səkkiz ölkənin səfirlərinin etimadnaməsini qəbul edib.

Mənbə: Belta

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir