Siyasət

Konqo prezidenti İlham Əliyevi təbrik etdi

Sharing is caring!


Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

President.az xəbər verir ki, məktubda deyilir:

“Seçkidə inamlı qələbəniz, yenidən Prezident seçilməyiniz münasibətilə Konqo xalqı və dövləti adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan xüsusi məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

Bu baxımdan, ölkələrimiz üçün faydalı maraqlara uyğun olaraq münasibətlərimizin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə işləməyə hazır olduğumu bir daha bildirirəm.

Sizə uzun ömür, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir