Dünya

Fransada etirazlar səngimir: Təhlükəsizlik tədbirləri gücləndirildi – VİDEO

Sharing is caring!


Fransanın daxili işlər naziri Gerald Darmanin fermerlərin Paris yaxınlığındakı ən böyük ərzaq bazarını bağlamaq təhdidləri ilə əlaqədar paytaxt ətrafında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib.

Qeyd olunur ki, daxili işlər naziri bazar günü səhər təhlükəsizlik iclası keçirib.

O, təhlükəsizlik xidmətlərinə paytaxt yaxınlığındakı ərzaq bazarının, İl-de-Frans bölgəsinin hava limanlarının blokadaya alınmasının qarşısını almaq üçün əhəmiyyətli müdafiə tədbirləri həyata keçirməyi, həmçinin Parisə hər hansı girişin qarşısının alınmasını tapşırıb. Jandarmeriyanın təkərli zirehli texnikası ilə gücləndirilmiş mobil qüvvələr hadisə yerindədir və girişə nəzarət edirlər.

Fransız fermerlər etirazlar zamanı polis maşınını peyinlə doldurublar.

Mənbə: BFMTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir