Siyasət

Aleksey Juravlyov: “İşğal dövründə Azərbaycana dəymiş zərərlə tanış oldum və dəhşətə gəldim”

Sharing is caring!


“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi çox şəffaf idi. Yalnız qərəzli şəxslər bunun tərsini deyə bilərlər”.

Oxu.Az-ın məlumatına görə, Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov seçki ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, işğal dövründə Azərbaycana dəymiş zərərlə tanış olub və dəhşətə gəlib:

“Nə qədər evlər, məktəblər, mədəniyyət ocaqları məhv edilib. Hazırda bunları bərpa etmək lazımdır. İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm”.

Rusiya Dumasının Beynəlxalq münasibətlər komitəsinin sədrinin müavini Aleksey Çepa bildirib ki, seçki yüksək səviyyədə keçirilib:

“Müşahidəmdə gördüm ki, seçki ilə bağlı gənclər çox fəal idilər. Digər ölkələrdə gənclər seçkilərdə bu qədər fəal iştirak etmirlər. Ötən gün bizim seçicilərlə ünsiyyət qurmaq imkanımız oldu. Xeyli söhbətlər apardıq. Gənclər, belə başa düşdüm ki, gələcəklərinə, özlərinə, inkişaflarına səs verdilər. Azərbaycan xalqı öz iradəsilə səs verdi. Dünya dəyişib, heç kim Azərbaycana təsir edə bilməz. Böyük məmnuniyyətlə İlham Əliyevi təbrik edirəm”.

Azərbaycan-Rusiya dostluq qrupunun üzvü, millət vəkili Aleksandr Yuşenko da bildirib ki, seçkinin nəticələrinə təsir edən hər hansı bir qanun pozuntusu müşahidə etməyiblər.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir