Dünya

Güney Azərbaycanda milli fəal həbs edilib – FOTO

Sharing is caring!


İranda milli fəal Araz Aman Təbrizdə İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, fevralın 5-də repressiv qüvvələr onu həbs etmək üçün mülki geyimdə və bir neçə avtomobillə atasının evinə hücum ediblər, ancaq milli fəal onların əlindən xilas ola bilib.

Bildirilir ki, təhlükəsizlik qüvvələri əliboş qayıtmamaq üçün onun atasının evində çalışan iki şəxsi girov götürərək, Arazın təslim olmasını tələb ediblər. Daha sonra isə girovları sərbəst buraxıblar.

Qeyd olunub ki, təhlükəsizlik qüvvələri onun həyat yoldaşını həbs edəcəkləri ilə hədələyərək, milli fəalı döyərək saxlayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir