Siyasət

Əli Əsgər Mohammadi Sicani: “Biz yeddi məntəqədə müşahidə apardıq, aktiv səsvermənin şahidi olduq” – VİDEO

Sharing is caring!


İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçirib.

Oxu.Az-ın məlumatına görə, ittifaqın baş katibin müavini, heyət rəhbəri Əli Əsgər Mohammadi Sicani bildirib ki, bir çox seçki məntəqələrində müşahidələr aparıblar:

“Biz yeddi məntəqədə müşahidə apardıq və aktiv səsvermənin şahidi olduq. İki gün ərzində bizim üçün yaradılan şəraitdən istifadə edərək, xalqın adət-ənənələri ilə yaxından tanış olduq”.

O qeyd edib ki, bu, Azərbaycanın Qarabağ zəfərindən sonra keçirilən ilk seçki idi:

“Bu, şəffaf və önəmli seçki idi. Bunun üçün Azərbaycan xalqını təbrik edirik”.

Heyət rəhbəri əlavə edib ki, qadınların seçkidə yaxından iştirakının şahidi olublar:

“Bu, bizim diqqətimizi cəlb etdi. Eyni zamanda, cavanlar və yaşlı nəsil də seçkidə aktiv şəkildə iştirak etdilər. 89 yaşlı seçicinin məntəqəyə gələrək öz hüququndan istifadə etdiyini gördük”.

Nümayəndə Osama Mahmud Abdelfəttah Mohamed isə demokratik seçki ilə bağlı Azərbaycan xalqını təbrik edib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir