Cəmiyyət

Sabunçu rayonunda aşma təhlükəsi olan boru FHN əməkdaşları tərəfindən bərpa edilib – FOTO/VİDEO

Sharing is caring!

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əmir Bağırov küçəsi, 38 ünvanında hündürlüyü təxminən 15 metr olan tüstü borusunun aşma təhlükəsi ilə əlaqədar məlumat daxil olub.

Bu barədə Oxu.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumat dərhal aidiyyəti üzrə yerli icra hakimiyyətinə ötürülüb. Bununla belə, havanın küləkli olması nəzərə alınaraq, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və mümkün arzuolunmaz halların qarşısının vaxtında alınması məqsədilə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin mütəxəssisləri qeyd olunan ünvana cəlb olunub.

Agentliyin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı yaşayış evlərinin bilavasitə yaxınlığında yerləşən borunun təhlükəsizlik kəmərlərinin qırılması səbəbindən küləyin təsiri ilə hər an aşma təhlükəsinin olduğu müəyyən edilib.

Qeyd olunanlar nəzərə alınaraq, ətrafda yaşayan vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilməklə, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi və Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşlarının nəzarəti altında Sabunçu Rayon Fövqəladə Hallar Komissiyasının qüvvələri tərəfindən borunun təhlükəsizlik kəmərlərinin bərpası və digər zəruri tədbirlərin görülməsi təmin olunmaqla, vətəndaşlar üçün yaranmış real təhlükə aradan qaldırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir