Siyasət

NEWS.ru: “Bakıdan Qarabağa – Azərbaycan İlham Əliyevi prezident seçdi” – FOTO

Sharing is caring!


“Fevralın 7-də axşam saatlarında Azərbaycan vətəndaşları prezident seçkisində İlham Əliyevin qələbəsini qeyd etmək üçün küçələrə axışıblar. Respublika Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçki məntəqələrinin 54 faizinin məlumatları işləndikdən sonra hazırkı dövlət başçısı növbədənkənar seçkidə iştirak edənlərin 92,1 faizinin səsini toplayıb. Seçici fəallığı 76,73 faiz olub”.

Bu barədə NEWS.ru-nun reportajında bildirilir.

Qeyd olunur ki, seçki məntəqələrində səhər saatlarından sıxlıq müşahidə olunub. Səsvermə şəffaf və pozuntu olmadan keçib.

“Prosesdən əvvəl çoxlu hazırlıq işləri aparılıb. Son iki ayda Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları həm Bakıda, həm də yerli yerlərdə seçki prosesinin bütün iştirakçıları üçün treninqlər keçirib. İnsanlara seçicilərlə necə davranmaq, qeydiyyatdan keçmək, səsvermənin gedişini müşahidə etmək öyrədilib. Bu iş nəticəsiz qalmayıb. Bunu bütün seçki məntəqələrində belə aydın, mütəşəkkil səsvermə sübut edir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səsvermə xüsusi həyəcanla səciyyələnib. Sonradan təsdiqləndiyi kimi, məhz Qarabağda seçici fəallığı rekord həddə çatıb. Məsələn, Zəngilan-Qubadlı bölgəsində 71 faizi ötüb. Laçın şəhərindəki seçki məntəqəsinin qarşısında NEWS.ru reportyorları əsl izdihamla qarşılaşıblar. Məlum olduğu kimi, Laçın Qarabağ münaqişəsində əsas rol oynayıb. Məhz buradan 1990-cı illərin əvvəllərindən 2020-2023-cü illər hərbi əməliyyatları zamanı işğaldan azad olunana qədər İrəvanı erməni separatçıları tərəfindən ələ keçirilən Azərbaycan rayonları ilə birləşdirən məşhur Laçın dəhlizi keçib. Laçındakı daha bir seçki məntəqəsi dağın başında yerləşən məktəb binasında açılıb. Bu, yəqin ki, Laçının ən hündür nöqtəsidir”, – materialda vurğulanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir