Cəmiyyət

Qusarda istirahət mərkəzində baş vermiş faciə ilə bağlı səhlənkarlıq maddəsilə cinayət işi başlanılıb

Sharing is caring!

Qusar rayonunda yerləşən istirahət mərkəzində baş vermiş yanğınla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, bu əməli törətməkdə təqsirləndirilənlər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xatırladaq ki, yanvarın 22-si saat 4 radələrində Qusar rayonunda yerləşən “Park Qusar” hotelində yanğın baş verib. İlkin ehtimala əsasən yanğın istirahət mərkəzində yerləşən kottecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verib. Hadisə nəticəsində 4 nəfər – 1969-cu il təvəllüdlü Emin Babayev, 1981-ci təvəllüdlü Zülfiyyə Babayeva, 2005-ci il təvəllüdlü Rauf Babayev (bir ailənin üzvləri) və 1973-cü il təvəllüdlü Rüstəm Dadaşov ölüb.

Həmçinin, yanğın zamanı 6 nəfər – 1952-ci il təvəllüdlü Larisa Repina, 1950-ci il təvəllüdlü Olqa Dadaşova, 1978-ci il təvəllüdlü Natalya Dadaşova, 1980-ci il təvəllüdlü Denis Repin, 2009-cu il təvəllüdlü Emil Dadaşov və 2016-cı il təvəllüdlü Kamilla Dadaşova xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir