Siyasət

Şəhid Xudayarın anası: “Bütün şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzində olublar”

Sharing is caring!


“Bizim dövlətimiz günü-gündən inkişaf edir, möhkəmlənir və qüdrətlənir. Biz şəhid ailələri bunu gördükcə böyük qürur hissi keçiririk”.

“Report” xəbər verir ki, bunu şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevə dəstək yürüşündə deyib.

Onun sözlərinə görə, bütün şəhid ailələri Prezident İlham Əliyevin daim diqqət mərkəzində olublar:

“Deyirlər, dərdin kiçiyi, böyüyü olmur. Amma elə deyil, dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin sağalması yolunda bizim balalarımız şəhid oldular. Vətən yaşasın deyə onlar düşmənə qaya kimi sipər oldular, dağ kimi dayandılar. Xalqımız çox vətənpərvər, qəhrəman bir xalqdır. Bu xalqın əli silah tutan hər bir nümayəndəsi şəhidlərin yolunu davam etdirməyə, Vətənimizi qorumağa hazırdır. Bizim seçimimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir