“Ümumilikdə beynəlxalq təşkilatlar tərəfindən seçkilərə verilən rəy müsbət olub”.
Bunu bu gün Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
- Pənahov bildirib ki, seçkiləri 59 beynəlxalq təşkilatdan 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi izləyib: “Ümumilikdə onlar tərəfindən Azərbaycanda 9 fevral seçkilərinin azad, demokratik şəraitdə keçməsi ilə bağlı rəy verilib. Yalnız ATƏT Demokratik Təsisatlar Bürosunun hesabatında bəzi məqamlar var idi. Bu da normaldır”.